Niderland və "Mançester Yunayted"in sabiq baş məşqçisi Luis van Qal vəziyyəti ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, üç il əvvəl o, prostat xərçəngi olduğunu açıqlamışdı.
"Xərçəng artıq məni narahat etmir. İki il əvvəl bir neçə əməliyyat keçirdim. O vaxt pis idi. Amma sonda hər şey düzəldi, ona görə də indi bunun öhdəsindən gəlirəm. Bir neçə aydan bir müayinədən keçirəm və hər şey yaxşı gedir. Getdikcə yaxşılaşıram", - van Qal qeyd edib.
73 yaşlı mütəxəssis məşqçiliyə qayıtmaq istəmədiyini təsdiqləsə də, yüksək komandadan gələn təklifin onu iki dəfə düşünməyə vadar edə biləcəyini bildirib.
Van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”i çalışdırıb.Klub 2015/16 mövsümündə İngiltərə kubokunun qalibi olub.