Lui van Qal prostat xərçənginə qalib gəldiyini açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis üç il əvvəl xəstəliyini açıqlamışdı. Həmin vaxt o, Niderland millisinə rəhbərlik edirdi.
O, hazırda "Ayaks"ın xüsusi məsləhətçisidir və tez-tez ictimaiyyət qarşısına çıxır.
"Artıq xərçəng məni narahat etmir. İki il əvvəl bir neçə dəfə əməliyyat olundum. O vaxt vəziyyət pis idi.
Amma sonda hər şey düzəldi, buna görə də indi öhdəsindən gəlirəm. Bir neçə aydan bir yoxlanılıram və hər şey yaxşı gedir. Getdikcə daha da yaxşılaşıram”, - “Ayaks”, “Barselona”, “Bavariya” və “Mançester Yunayted”in keçmiş baş məşqçisi deyib.