AZ

Lui van Qal xərçəngə qalib gəldi

style='margin-bottom:10px;'>

Məşhur hollandiyalı mütəxəssis Lui van Qal bədxassəli şişlə mübarizə apardıqdan sonra hazırkı vəziyyəti barədə danışıb.

QOL.az xəbər verir ki, o, artıq xəstəlikdən sağaldığını deyib:

"Xərçəng artıq məni narahat etmir. İki il əvvəl bir neçə əməliyyat keçirdim. Əvvəlcə pis idim. Amma sonda hər şey düzəldi. Mən öhdəsindən gəlirəm. Bir neçə aydan bir yoxlanılıram. Hər şey qaydasındadır".

Xatırladaq ki, 73 yaşlı van Qal məşqçilik karyerasında “Mançester Yunayted”, “Ayaks”, “AZ Alkmaar”, “Barselona”, “Bavariya” və Niderland millisinə rəhbərlik edib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr