AZ

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Bakı, 11 iyul, AZƏRTAC

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, komanda son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu yeni komandasından “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç həmin ölkənin “Vojdovats” və “Çukariçki” kimi klublarının da uğurları üçün çalışıb. Futbolçu Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

 

Seçilən
35
6
azertag.az

10Mənbələr