AZ

Cica "Qarabağ"dan getdi

Azərbaycan çempionu "Qarabağ"ın rəhbərliyi Redon Cica ilə yollarını ayırıb.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

26 yaşlı albaniyalı hücumçu karyerasını Əlcəzairin SSPA Şabab Riadi Beluizdad” komandasında davam etdirəcək.

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub.

O, 73 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə verib.


Seçilən
22
2
news24.az

10Mənbələr