AZ

“Qarabağ” Redon Cica ilə yollarını ayırdı

“Qarabağ” komandası futbolçusu Redon Cica ilə yollarını ayırıb.

Ağdam təmsilçisindən "Unikal"a verilən məlumata görə, oyunçu “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Seçilən
27
27
unikal.az

10Mənbələr