AZ

Ceff Bezos "Amazon" səhmlərini 666 milyon dollara satdı

İyulun əvvəlində internet nəhəngi "Amazon"un təsisçisi və həmtəsisçisi Ceff Bezos şirkətdəki demək olar ki, 3 milyon səhmini sataraq, onlar üçün 665,8 milyon dollar qazanıb. 

Valyuta.az xəbər verir ki, Bezos bu barədə Amerika tənzimləyicilərinə məlumat verib. 

Səhmlərin bu satışı onun daha geniş planının bir hissəsi olub və bu plan çərçivəsində "Amazon" təsisçisi 2026-cı ilin may ayına qədər şirkətin 25 milyon səhmindən xilas olacaq.

Uzun müddət "Amazon"un baş direktoru vəzifəsində çalışmış Ceff Bezos 2021-ci ildə bu vəzifəni tərk etdi və bundan sonra onun payının bir hissəsini satmağı planlaşdırdığı məlum oldu. İyunun son günlərində Bezos artıq 737 milyon dollarlıq şirkətin səhmlərini satıb. 

CNBC-nin məlumatına görə, o, hələ də təxminən 200 milyard dollar dəyərində 900 milyondan çox səhmə sahibdir.

Paşa Məmmədli

phrase_var_article.chosen
179
22
valyuta.az

10phrase_var_article.sources