İstanbul və London mərkəzli maliyyə texnologiyaları startapı "Treasy" maliyyə texnologiyası startapı 1,1 milyon ABŞ dolları dəyərində investisiya raundunu uğurla başa vurub.
Valyuta.az xəbər verir ki, İstanbul və London mərkəzli maliyyə startapı "Treasy" 1,1 milyon dollarlıq investisiya raundunu uğurla tamamlayıb. Tura "APY Ventures" rəhbərlik edib, "Tera Portföy" isə iştirakçı investor olub.
2023-cü ildə Cemal Akbaba və Melih Yurtsever tərəfindən təsis edilən "Treasy", banklar və maliyyə qurumları üçün müasir xəzinə idarəçiliyi həlləri təklif edir. Şirkət bu investisiyanı qlobal genişlənmə və texnoloji infrastrukturun gücləndirilməsi məqsədilə istifadə etməyi planlaşdırır.
Platforma mikroservis memarlığı və API əsaslı texnologiya ilə hazırlanıb, həm bulud əsaslı, həm də lokal sistemlərdə işləyə bilir. Həllər yüksək təhlükəsizlik və asan inteqrasiya imkanları ilə seçilir.
"APY Ventures" fondunun meneceri Mustafa Keçeli, qərarlarının arxasında "Treasy"nin güclü texnoloji bazası və vizyoner komandası olduğunu bildirib. CEO Cemal Akbaba isə investisiyanı həm maliyyə, həm də strateji dəstək kimi qiymətləndirib.