İngiltərənin "Brentford" klubu yarımmüdafiəçi Antoni Milambo ilə müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında bağlanan müqavilə 5 ili əhatə edir və sənəddə avtomatik uzadılma şərti də yer alıb.
20 yaşlı futbolçu daha öncə Niderlandın “Feyenoord” klubunda çıxış edirdi.
Transferin maliyyə detalları da açıqlanıb. Belə ki, "Brentford" Milambonun keçidi üçün "Feyenoord"a 19 milyon avro ödəyəcək. Əlavə 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
Ötən mövsüm 43 oyuna çıxan Milambo 7 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun həm mərkəz yarımmüdafiəsində, həm də dayaq zonasındakı oyun keyfiyyətləri xüsusi qeyd olunur.