AZ

Rusiyanın "Şahedləri" Kiyevə hücum edir: Partlayış səsləri eşidilir

Rusiya   iyulun 3-də axşam saatlarında “Şahed” kamikadze təyyarələri ilə Kiyevə hücum edir. Artıq Ukraynanın paytaxtında partlayış səsləri eşidilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinə və Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Hərbi Hava Qüvvələrinin qeyd etdiyi kimi, düşmənin pilotsuz təyyarəsi Brovarı keçərək Kiyevə doğru uçur. Paytaxt sakinləri sığınacaq tapmağa çağırılıb.

Bu arada Kiyev şəhər hərbi administrasiyası bəyan edib ki, hava hücumundan müdafiə sistemi artıq düşmən hədəflərinə qarşı işləyir.

QAZİLER.AZ

Seçilən
22
50
qaziler.az

10Mənbələr