AZ

Süveyş körfəzində qazma gəmisi batdı: 4 ölü, 21 nəfər itkin

Süveyş

Misirin şərqində, Süveyş körfəzində "Adam Marine 12" adlı neft qazma gəmisi Cəbəl Zeyt bölgəsində alabora olub.

Xalqcebhesi.az-ın məlumatına görə, Misir Neft Nazirliyi hadisəni təsdiqləyib və bildirilib ki, hadisə yerinə rəsmi heyət göndərilib. Yerli mediaya görə, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər xilas edilib, 21 nəfər isə hələ də itkindir. Axtarış və xilasetmə işləri davam edir. Gəminin yeni bir iş sahəsinə çəkildiyi zaman çevrildiyi bildirilir.

Məryəm Quliyeva

Seçilən
24
50
xalqcebhesi.az

10Mənbələr