AZ

ABŞ-DƏN SURİYAYA YAŞIL İŞIQ » AzadMedia.az

ABŞ-DƏN


Birləşmiş Ştatların Suriyaya qarşı uzun illərdir tətbiq etdiyi iqtisadi sanksiyalar sona çatır. Ağ Evin mətbuat katibi Karoline Leavitt bu gün açıqlama verərək ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edən fərmanı imzalayacağını bəyan edib.

Leavitt bildirib ki, bu addım prezidentin uzun müddətdir vəd etdiyi və may ayında həyata keçirilən sanksiya istisnalarının davamıdır. “Bu, prezidentin vədi idi – və indi həyata keçir” – deyə o vurğulayıb.

Ağ Ev Suriyaya yeni mərhələnin başlandığını bildirir. Leavittin sözlərinə görə, Tramp administrasiyası Suriyanın “sabit, birləşmiş və həm daxildə, həm də qonşuları ilə sülh içində” bir dövlətə çevrilməsini istəyir. Onun sözlərinə görə, yeni fərman həm də “Suriyanı rifah və sülh yoluna çıxarmağa yönəlib”.

Xatırladaq ki, ABŞ may ayında Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların əhatə dairəsini əhəmiyyətli dərəcədə daraltmış, bir sıra sahələrdə istisnalar tətbiq etmişdi. Bu, xüsusilə humanitar yardım, infrastruktur bərpası və enerji layihələrini əhatə edirdi.

Prezident Trampın imzalayacağı yeni fərman bu istisnaları tam sanksiya ləğvi ilə əvəz edəcək və ABŞ-Suriya münasibətlərində illərdir görünməmiş diplomatik dönüş yarada bilər.

Fərmanın bu gün günortadan sonra imzalanacağı gözlənilir.

Seçilən
2
21
azadmedia.az

10Mənbələr