Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O əlavə edib ki, bu, Rusiya cəmiyyətinə və dövlət siyasətinə xas olan bir ənənədir və yeni hal deyil:
“Son əsr yarımda Rusiya İmperiyası dövründən bu yana ifrat millətçilik və digər xalqlara qarşı nifrəti körükləyən siyasətin şahidi olmuşuq. Tarix bunu dəfələrlə sübut edib. Yekaterinburqda baş verən hadisələr hər hansı kriminal məsələ ilə izah oluna bilməz. Bu, sırf milli ayrı-seçkilikdir və Rusiya dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Azərbaycanlılara qarşı aparılan bu genişmiqyaslı təzyiq kampaniyası, əslində, Azərbaycan dövlətinə qarşı yönəlmiş təzyiqin bir formasıdır. Rusiya Azərbaycanı yenidən öz təsir dairəsinə salmağa, onun vasitəsilə regional maraqlarına nail olmağa çalışır. Rusiya, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən narazıdır. O, bölgədə əsas söz sahibi kimi Azərbaycanın güclənməsini istəmir. Xüsusilə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin məhz Azərbaycanın təşəbbüsü ilə Rusiyasız davam etməsi Kreml üçün ciddi narahatlıq doğurur. Rusiya Azərbaycanın Zəngəzur dəhlizini hərbi güclə açmaqdan imtina etməsini və bu məsələni sülh gündəliyindən ayıraraq ayrıca müzakirə predmeti kimi təqdim etməsini də qəbul edə bilmir”.
Politoloq qeyd edib ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sistemini müasir tələblər əsasında qurması da Rusiyada qıcıq doğurur:
“Bu səbəbdən Rusiya Azərbaycana təzyiq göstərməyə çalışır. Biz artıq Ukrayna müharibəsi başlayanda xəbərdarlıq etmişdik ki, Rusiya bu münaqişədə müəyyən uğur qazansa, növbəti hədəflərindən biri də Azərbaycan olacaq. Çünki Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradan və regional güc mərkəzinə çevrilmiş dövlətdir və Rusiya bunu qəbul etmək istəmir. Hazırda Rusiyanın Azərbaycana təzyiq göstərmək üçün ciddi mexanizmləri qalmayıb. Son vasitəsi Rusiyada yaşayan milyonlarla azərbaycanlı miqranta qarşı təzyiqlərdir. Bu yolla Rusiya ölkəmizdə sosial-iqtisadi gərginlik yaratmağa və ictimai narazılıq doğurmağa çalışır. Lakin hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu proseslərin mənasını və arxasında duran məqsədləri yaxşı anlayır. Dövlət və xalq olaraq bu təzyiqlərə qarşı durmaq və Azərbaycanın müstəqil siyasətini davam etdirmək üçün həm siyasi, həm də ictimai iradə mövcuddur”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
hurriyyet.azRusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır Gürcü ekspertdən şok ( 18989110)
-
hurriyyet.azRusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok ( 18989089)
-
xalqqazeti.azTurançılıq ideyaları müasir ədəbiyyatda ( 18988969)
-
xalqqazeti.azTurançılıq ideyaları müasir ədəbiyyatda ( 18988966)
-
baki-xeber.com" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı ( 18988588)
-
marja.azƏrdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib ( 18986884)
-
xezerxeber.azƏrdoğan Rusiya-Azərbaycan gərginliyi və Zəngəzur dəhlizindən danışıbVİDEO ( 18986527)
-
azia.azƏrdoğandan RUSİYA aAZƏRBAYCAN GƏRGİNLİYİNƏ MÜNASİBƏT ( 18985990)
-
editor.azXankəndi ZİRVƏ görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır ( 18985606)
-
adalet.azƏrdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir ( 18984274)