Bakı. Trend:
Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanınrəhbərliyi altında aparılmalıdır.
Trend xəbər verirki, bunu "Mundo Internacional" jurnalına müsahibəsində AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovdeyib.
"Biz Ermənistanla sülh müqaviləsi bağlamağa heç vaxt bu qədəryaxın olmamışıq. Azərbaycan davamlı və dönməz sülhə nail olmağa tamsadiqdir. Prezident İlham Əliyev bu tarixi fürsətdən istifadə etməküçün güclü əzm nümayiş etdirir", - deyə o bildirib.
E.Əmirbəyov qeyd edib ki, Vətən Müharibəsi başa çatdıqdan sonrabiz mühüm irəliləyişlərə nail ola bilmişik.
"Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa edib və bu,regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün torpağımızda artıqxarici qoşunlar yoxdur və bu, dialoq üçün əlverişli şəraityaradıb.
Sülh müqaviləsinin əsasını təşkil etməli olan beş əsas prinsipiməhz biz təklif etdik. Ermənistan bu prinsipləri qəbul etdi və ikiildən artıqdır ki, hər iki ölkənin xarici işlər nazirlərininbaşçılıq etdiyi nümayəndə heyətlərimiz mətnin hazırlanması üzərindəişlədilər. Bu ilin martında biz elan etmişdik ki, müqavilə layihəsison variantda razılaşdırılıb", - deyə o bildirib.
E.Əmirbəyov vurğulayıb ki, saziş tərəflərin ərazi bütövlüyünü vəsərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq tanımaq, mövcud vəya gələcək ərazi iddialarından imtina etmək öhdəliyini öz üzərinəgötürdüyünü nəzərdə tutur.
"Ermənistan siyasi hazırlığına baxmayaraq, hüquqi maneə iləüzləşir: onun Konstitusiyasında hələ də Azərbaycanın Qarabağbölgəsinin birləşdirilməsinə dair müddəa var ki, bu da müqaviləninmüddəaları ilə uyğun deyil. Biz Ermənistan hakimiyyətinə izahedirik ki, bu konstitusiya normasına dəyişiklik edilməlidir ki,ölkədə gələcək hakimiyyət dəyişikliyi onun əsasında münaqişəninyenidən başlanmasına səbəb olmasın. Biz gələcək nəsillərin yenidənmüharibə ilə üzləşməsinə icazə verə bilmərik.
İkincisi, biz təkid edirik ki, bu proses müstəsna olaraqErmənistan və Azərbaycanın rəhbərliyi altında aparılmalıdır.Beynəlxalq vasitəçilik artıq tələb olunmur. Bu baxımdan, bizATƏT-in Minsk Qrupu kimi köhnəlmiş strukturları və 1990-cı illərdəyaradılmış və nəzərəçarpacaq nəticə verməyən digər platformalarıləğv etməyə çağırırıq. 2020-ci ildən sonra bu formatlar özaktuallığını itirib və faktiki olaraq fəaliyyətsizdir", - deyə obildirib.
E.Əmirbəyov qeyd edib ki, bu iki maneə aradan qaldırılarsa,tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyəbiləcəklər.
"İndi top Ermənistan hökumətinin tərəfindədir. Davamlı və dönməzsülh mümkündür, lakin bunun üçün cəsarətli və uzaqgörən qərarlartələb olunur", - deyə o əlavə edib.