AZ

İsrail ABŞ ın İrana hücumunun nəticələrini qiymətləndirir

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ABŞ-ın İrana hücumunun nəticələrini qiymətləndirir

ABŞ-ın Fordo obyektinə endirdiyi zərbə İranın nüvə infrastrukturuna ciddi ziyan vurub, uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən birini sıradan çıxarıb. Bu barədə İsrail Atom Enerjisi Komissiyasına və ABŞ prezidenti Donald Trampın NATO-nun Haaqa sammitində çıxışı zamanı verdiyi bəyanata istinadən xəbər verir.

İsrail Atom Enerjisi Komissiyası hesab edir ki, ABŞ-ın Fordoya endirdiyi zərbə İranın nüvə obyektinin əsas infrastrukturunu məhv edib və uranın zənginləşdirilməsi obyektini sıradan çıxarıb.

"Bizim qiymətləndirməmiz budur ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr İsrailin İranın hərbi nüvə proqramının digər elementlərinə zərbələri ilə birlikdə İranın nüvə silahı yaratmaq qabiliyyətini uzun illər geridə qoyub. Əgər İran nüvə materiallarına çıxış əldə etməsə, bu nailiyyət daimi olaraq davam etdirilə bilər", - bəyanatda deyilir.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
50
oxumeni.az

10Mənbələr