AZ

Xameneidən xalqa SON DƏQİQƏ müraciəti: İsrailin tamamilə MƏHVİ...

“ABŞ bu müharibədə heç bir uğur qazana bilmədi”.

İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.

Xamenei deyib ki, ABŞ Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladıqdan sonra İranla müharibəyə başlayıb.

“ABŞ İsrailin tamamilə məhv olacağından qorxduğu üçün müharibəyə girdi. ABŞ bu müharibədən heç bir uğur qazana bilmədi”, - İranın Ali Rəhbəri vurğulayıb.

İran ABŞ-ın ölkənin nüvə obyektlərinə zərbələr endirməsinə baxmayaraq, nüvə proqramını inkişaf etdirmək potensialını saxlayıb.

Musavat.com xəbər verir ki, bu qiymətləndirmə “Foreign Affairs” jurnalının materialında yer alıb.

Nəşr ABŞ kəşfiyyatının ilkin hesabatına istinad edir. Buna görə, Amerikanın zərbələri İranın nüvə proqramını ABŞ prezidenti Donald Trampın əvvəllər dediyi kimi onilliklər deyil, cəmi bir neçə ay geri salıb. Buna görə də jurnal qeyd edir ki, İranın nüvə obyektlərinin bombalanmasının düzəlməz zərər verdiyini söyləmək olmaz.

“Foreign Affairs” qeyd edir ki, İran dəymiş ziyanı bərpa etmək imkanına malikdir. Jurnalın fikrincə, Tehran "daha yaxşı qorunan yerlərdə" nüvə proqramını inkişaf etdirə bilər.

TVMusavat-ın bu gün saat 15:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Elçin Xalidbəyli ilə müzakirə edir.

[media=https://www.youtube.com/live/sSe3g9GY_-I?si=vHFNv-AFNtMnGXEJ]

Seçilən
12
1
bakuinfo.net

10Mənbələr