AZ

İsrail və ABŞ İranın nüvə bombasının “açarı”nı MƏHV ETDİLƏR - NYT

ABŞ və İsrailin İranın İsfahandakı nüvə obyektinə endirdiyi hava zərbələri ölkənin nüvə silahı proqramı üçün həyati əhəmiyyət kəsb edən avadanlıqları məhv edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunub ki, bu avadanlıq zənginləşdirilmiş uranın metal formaya çevrilməsi kimi tanınan prosesdə istifadə olunan nüvə bombasının partlayıcı nüvəsinin yaradılmasının son mərhələlərindən biridir.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə sazişindən çıxdıqdan sonra Tehran İsfahandakı obyektdə nüvə işlərini sürətləndirib.

Məlumata görə, metallaşdırma avadanlıqlarına hava zərbələri İslam Respublikasını yaxın gələcəkdə nüvə silahı yaratmaq imkanından məhrum edib.

BMT-nin keçmiş nüvə müfəttişi Devid Olbrayt “Onlar onu yenidən qurmalı olacaqlar” deyib.(Publika.az)

Seçilən
42
3
olke.az

10Mənbələr