AZ

ABŞ kəşfiyyatı axtarışda: İranın nüvə obyektləri vuruldu, bəs uran haradadır?

BAKI, 27 iyun. TELEQRAF

ABŞ kəşfiyyatı İranın nüvə obyektlərinə hücumlardan sonra zənginləşdirilmiş uran ehtiyatının taleyi ilə bağlı fikir ayrılığına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ kəşfiyyatı İranın nüvə obyektlərinə hücumlardan sonra zənginləşdirilmiş uran ehtiyatının taleyi ilə bağlı fikir ayrılığına malikdir. Uranın bir hissəsinin Natanz obyektində saxlanıldığı təxmin edilir, hazırda obyektin zədələndiyi, amma məhv edilmədiyi iddia olunur. Respublikaçı Lindsi Qrem Konqresdəki məxfi müzakirələrdən sonra əməliyyatın məqsədinin uran ehtiyatlarını məhv etmək olmadığını açıqlayıb”, - mənbə qeyd edib.

Nəşr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) istinadla bildirib ki, zənginləşdirilmiş uranın böyük bir hissəsinin müharibə ərəfəsində İsfahan obyektində saxlanıldığı güman edilir. Amma ABŞ-nin hücumundan bir gün əvvəl oradakı laboratoriyalardan avadanlıqları çıxaran və ya içəri daşıyan yük maşınlarının hərəkətlərinə dair əlamətlər var.

Xatırladaq ki, iyunun 22-də Prezident Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb.

ABŞ Prezidenti iyunun 25-də NATO sammitində (Haaqa) İranın hücumlardan əvvəl uran ehtiyatlarını çıxarmağa imkan tapmadığını bəyan edib.

Seçilən
50
50
teleqraf.com

10Mənbələr