AZ

İsrail qırıcıları İranı yenidən vurdu, Tehrandan cavab gecikmədi Müharibə davam edir

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsraill bu gün səhərə yaxın İranın Ərak Nüvə Mərkzi başda olmaqla, bir çox hədəfləri bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, nüvə obyekti ilə yanaşı, raket kompleksləri və digər hərbi hədəflərə növbəti sarsıdıcı zərbələr endirilib: "Hücum uğurla davam edir".

Məlumatda deyilir ki, İsrailin bu hücumuna İrandan operativ cavab verilib. İran ordusu Tel-Əviv və digər şəhərlərə ortamənzilli raketlər buraxıb.

İsrail ordusu əsasən ölkənin şimalına yönələn raketlərin zərərsizləşdirildiyini bildirib.

İran isə İsrailin nüvə obyektinə hücumuna cavab olaraq İsrailə çoxlu sayda ballistik raketlə zərbə endirdiklərini və bunun da əksərinin hava müdafiə xətini yararaq hədəfə dəydiyini açıqlayıb.

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
50
mia.az

10Mənbələr