AZ

BMT: İranın AEBA əməkdaşlığı dayandırması ciddi narahatlıq doğurur

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığını dayandırdığını elan etməsi ciddi narahatlıq doğurur.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, BMT baş katibinin İranın AEBA ilə əməkdaşlıq etməsi barədə çağırışını təkrarlayıb: “Baş katib İranı AEBA ilə əməkdaşlığa davam etməyə çağırıb. Əslində, o, bütün ölkələri nüvə məsələlərində Agentliklə sıx əməkdaşlığa dəvət edir”, - Dujarrik deyib.

Seçilən
18
38
report.az

10Mənbələr