AZ

Yekaterinburqda saxlanılan azərbaycanlıların “cinayət işinin motivi” məlum oldu

Yekaterinburqda saxlanılan Azərbaycan vətəndaşlarının ittiham olunduğu “qətllərin motivi biznesdə təsir dairələrinin bölünməsi ilə bağlı münaqişə” olub.

Teleqraf xəbər verir ki, bu iddia ilə TASS-a açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko çıxış edib.

İddiaya görə, təqsirləndirilən şəxslərin 2001-ci ildə aldığı bıçaq xəsarətlərindən vəfat edən Y.Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovun qəsdən öldürülməyə cəhddə, 2011-ci ildə isə Azərbaycan vətəndaşı İ.Hacıyevin qətlində əli olub.

Petrenkonun sözlərinə görə, Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri “qətl işi” üzrə digər müttəhimləri (Rusiya hüquq mühafizə orqanlarının işgəncəsi altında – red.) ifşa edib.

Qondarma işdə altı təqsirləndirilən şəxs var - Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərov.

Onlardan beş nəfəri barəsində “qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən adam öldürmə”, “muzdla adam öldürmə”, “muzdla adam öldürməyə cəhd” kimi saxta ittihamlar irəli sürülüb.

“İstintaqın vəsatəti” əsasında məhkəmə altı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Seçilən
16
50
herbiand.az

10Mənbələr