AZ

AEBA İrandakı hansı nüvə obyektlərinin zərər gördüyünü açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin hücumu nəticəsində İrandakı hansı nüvə obyektlərinin zərər gördüyünü açıqlayıb.

APA xəbər verir ki, Qrossi ABŞ televiziya kanallarından birinə verdiyi müsahibədə qeyd edib ki, İranın Natanz və İsfahandakı nüvə obyektlərinə İsrailin hava əməliyyatı nəticəsində ziyan dəyib.

Onun sözlərinə görə, Natanza ciddi ziyan dəyməsinə baxmayaraq, əhali üçün təhdid doğuracaq hər hansı bir hal yoxdur.

İsfahandakı nüvə obyektinə Natanz qədər ziyan dəyməsə də, zərbələr təsirsiz ötüşməyib.

“Fordodakı nüvə obyektinə hələ də ziyan dəyməyib”, - AEBA rəhbəri vurğulayıb.

Seçilən
167
50
apa.az

10Mənbələr