AZ

"Zirə" və "Araz-Naxçıvan"ın rəqibi bəlli oldu - KL

"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Təmsilçilərimiz səpələnməmişlər səbətində yer alıblar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib edib.

"Zirə" Xorvatiyanın "Hayduk" klubuna rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq. Elmar Baxşıyevin komandası da püşkün nəticəsinə əsasən ilk oyunu evdə keçirməlidi. Ancaq UEFA-nın reqlamentinə əsasən avrokuboklar zamanı eyni şəhərdə bir gündə yaınız bir oyun keçirilə bilər. Buna görə UEFA ya "Zirə", ya da "Araz-Naxçıvan"ın oyunlarının yerini dəyişəcək.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Seçilən
3
7
football-plus.az

10Mənbələr