Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.
Bizim.Media xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib olacağı deməkdir.
“Zirə”nin mümkün rəqibləri:
“Hayduk” (Xorvatiya)
“Maribor” (Sloveniya)
AEK (Yunanıstan)
“Dunayska Streda” (Slovakiya)
AEK (Kipr) – “Partizan”(Serbiya) cütünün qalibi
“Araz-Naxçıvan”ın mümkün rəqibləri:
“Başakşəhər” (Türkiyə)
“Omoniya” (Kipr)
“Aris” (Yunanıstan)
“Beytar” (İsrail)
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta