Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq."Football-plus.az" xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib olacağı deməkdi."Zirə"nin mümkün rəqibləri: "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), DAK-1904 (Slovakiya), AEK (Cənubi Kipr) - "Partizan"(Serbiya) cütünün məğlubu (Avropa Liqası)."Araz-Naxçıvan"ın mümkün rəqibləri: "İstanbul BŞ" (Türkiyə), "Omoniya" (Cənubi Kipr), "Aris" (Yunanıstan), "Beytar" (İsrail).Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.