Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olub.
QOL.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alıblar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib edib.
"Zirə" Xorvatiyanın "Hayduk" klubuna rəqib olub.
"Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.