ABŞ Prezidenti Donald Tramp son günlər İsrailin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək planına veto qoyub.
Publika.az xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi bazar günü "Reuters" agentliyinə məlumat verib.
“İranlılar amerikalı öldürüblərmi? Xeyr. Onlar bunu etməyənə qədər biz İranın siyasi rəhbərliyini hədəfə almağı belə müzakirə etmirik”, - deyə mənbələrdən biri, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib.
Qeyd edək ki, Tramp bazar günü səhər tezdən tərəflərin "tezliklə sülhə qovuşacağını" deyib və çoxlu qeyri-müəyyən görüşlərin keçirildiyini əlavə edib.