AZ

“Xaricdə kastinq direktorun təkcə seçim prosesində deyil, çəkilişlərdə də iştirakı vacib sayılır” - ŞƏRH

Kastinq ingilis sözüdür, "tilov atmaq" deməkdir. Bunu tilov atıb istədiyin aktyoru seçmək kimi də anlamaq olar. Peşə kimi isə Amerikada, 1950-ci illərdə studiya sistemi dağıldıqdan sonra Linn Stalmaster, Merion Douteri ilə birlikdə film istehsalında kastinq direktoru rolunu müəyyənləşdirdilər. 

Bəs ölkəmizdə kastinq işi xarici film şirkətləri ilə oxşar qaydada aparılır?

Mövzu ilə bağlı kastinq rəhbəri Ülfət Hümbətov MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, burada hansı aktyorun personaja daha çox uyğun olduğunu seçim prosesində kastinq direktoru təyin edir:

alt“Kastinq direktor - aktyor seçimi üzrə rejissor deməkdir. Onun vəzifəsi ssenariyə uyğun olaraq, rejissorun verdiyi tapşırıqlar əsasında, personaja uyğun olan aktyorların seçimini keçirəndən sonra rejissora təqdim etməkdir. Təbii ki, burada həm də hansı aktyorun personaja daha çox uyğun olduğunu seçim prosesində kastinq direktoru təyin edir. Kastinq uzun prosesdir. Son illər xaricdə kastinq direktorun təkcə seçim prosesində deyil, həm də çəkilişlərdə iştirakı vacib sayılır. Bir məsələni də qeyd edim ki, kastinq direktoru aktyorlarla müqavilə bağlamır. Həmin aktyorlar rejissora təqdim olunur, təsdiq olunduqdan sonra prodüser aktyorla müqavilə bağlayır. Aktyorlara müqaviləni ancaq aktyorun meneceri bağlayır. Bizdə isə təəsüf ki, bu sistem hələ tətbiq olunmur”.

 

Fidan Ramazan

Seçilən
582
8
mediapost.az

10Mənbələr