Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu "Hizbullah"aİsrail-Fələstin münaqişəsinə qarışmaması üçün xəbərdarlıq edib.
Trend xəbər verir ki, baş nazir bu barədə Fransa prezidentiEmmanuel Makronla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsrailə qarşı müharibəyə girmək dağıdıcınəticələrə səbəb ola bilər.
İsrailin "iki cəbhədə" döyüşməli olduğunu bildirən baş nazirbildirib ki, "Hizbullah" müharibəyə qatılarsa həyatındakı ən böyüksəhvi etmiş olar.
O, İsrailin lazım gələrsə “Hizbullah”a ağlasığmaz zərbələryetirə biləcəyini deyərək, istənilən ssenariyə hazır olduqlarınıəlavə edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. ƏvvəlcəQəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, dahasonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxilolublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailinmüdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləviçağırışını elan edib.