“Hizbullah"ın müharibəyə qoşulmasının dəhşətli nəticələri olacaq”.Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.O bildirib ki, "Hizbullah" müharibəyə qoşulmaq barədə qərar verərsə, səhv etmiş olacaq: “Nəticədə "Hizbullah" peşman olacaq”.B.Netenyahu söyləyib ki, bu halda "Hizbullah" dəhşətli dağıntılara məruz qalacaq.Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta