AZ

Netanyahu xəbərdarlıq etdi: Dəhşətli olacaq!

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

“Hizbullah ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq”, – İsrail hökumət başçısı deyib.

Netanyahu əlavə edib ki, Hizbullah sanki “İkinci Livan müharibəsi”nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və Hizbullaha qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

Hizbullah dəhşətli nəticələrlə üzləşməli olacaq”, – o əlavə edib.

Seçilən
371
50
globalinfo.az

10Mənbələr