"Real" rəhbərliyi Toni Kroosla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi almaniyalı ilə müqavilənin müddətini artırıb. Yarımmüdafiəçi ilə 2025-ci ilin iyuluna qədər yeni saziş imzalanıb.
Bu barədə jurnalist Nikolo Şkira özünün sosial şəbəkə hesabında məlumat verib.
Xatırladaq ki, almaniyalı futbolçu 2014-cü ildən Madrid təmsilçisində çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 463 matçda iştirak edib, 28 qol vurub, 98 məhsuldar ötürmə edib.