AZ

Sabirabadda ağır yol qəzası: iki nəfər öldü, bir nəfər xəsarət aldı

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

Seçilən
297
9
publika.az

10Mənbələr