AZ

Avtomobil dirəyə çırpıldı, dörd nəfər xəsarət aldı

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Bakupost.az. APA-ya istinadən xəbər verir ki, hadisə Zümürxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu, 1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
233
13
bakupost.az

10Mənbələr