Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Zümürxan kəndində qeydə alınıb.Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu, 1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta