AZ

Deputat: “Bu məlumatı çatdırmamağın məsuliyyətini kim daşıyır?"

Azərbaycan çempionatını üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz"un Avropa arenasından kənarda qalması futbol ictimaiyyətində ciddi narazılıq yaradıb.

Ən müxtəlif sahələrin nümayəndələri, futbolsevərlər bu məsələyə ən sərt formada etirazlarını bildirirlər.

Klubun UEFA tərəfindən yarışdan uzaqlaşdırılması qərarı ilə bağlı ortaya çıxan sualların isə cavabsız qalmasə narazılıqları daha da artırmaqdadır.

Xüsusilə UEFA-nın məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq etdiyi barədə məlumatların yayılması diqqətləri AFFA-nın daha çox üzərinə yönəldib.
Picture

Futbol camiəsi haqlı olaraq soruşur ki, əgər risklər öncədən məlum idisə, niyə "Turan Tovuz" vaxtında məlumatlandırılmayıb? Klubun Avropa arzularının puça çıxmasına səbəb olan məsuliyyətsizliyin arxasında kim dayanır? Bu hadisəyə görə kim cavab verəcək? 

Bu fonda AFFA-nın açıqladığı son məlumat müəyyən ümidlər yaradıb. Bildirilib ki, "Turan Tovuz"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var və yekun qərar qəbul edilənədək klubun Konfrans Liqasındakı yeri qorunub saxlanılacaq. Ancaq bu, futbol ictimaiyyətinin hesabat tələblərini arxa plana keçirmir. Əksinə, indi əsas sual da budur ki, Azərbaycan futboluna zərbə vuran bu qalmaqala görə məsuliyyəti kim daşıyacaq və ölkə futboluna sərmayə yatıranlara hansı təminat veriləcək?

Tanınmış futbol azarkeşlərindən sayılan, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bu barədə Musavat.com-a açıqlamalar verib: “Ümumiyyətlə, bu məsələdə “Turan” klubu həqiqətən də çox arzuolunmaz bir vəziyyətə düşüb. Bu qədər vəsait xərclənib, normal klub yaradılıb, futbolun inkişafı üçün böyük addımlar atılıb. Və birdən-birə görürsən ki, kimlərinsə məsuliyyətsizliyi ucbatından hədəflərinin həyata keçməsinə imkan tanınmır. Necə ola bilər ki, bu barədə kluba vaxtında məlumat verilməsin. UEFA-dan belə açıqlama verilib ki, onlar bu barədə əvvəlcədən qarşı tərəfi məlumatlandırıblar, yəni AFFA-nı. İndi bu məlumatı “Turan Tovuz”a çatdırmamağın məsuliyyətini kim daşıyır? Yaxud kimlər günahkardır? Bu olduqca vacibdir. İndi səhəri gün kim risk edib futbola vəsait qoyacaq? Ölkə futboluna dəstək verməyə çalışacaq? Əgər belə bir tanınmış klubun başına bu oyunlar gətirilirsə, başqaları necə olacaq? Ona görə ilk növbədə, ümidsizliyə düçar olmaq lazım deyil. Hüquqi yollar aranmalıdır. AFFA da bu istiqamətdə UEFA ilə danışıqlar aparıb, region klubunun bu vəziyyətə salınmasının mənfi nəticələri ilə bağlı onlardan müəyyən anlayış göstərmələrini xahiş etməlidir. Çünki, əks halda klubun bu günləri Avropa hədəfindən yayınması onun müəyyən dərəcədə infrastrukturunun, oyun keyfiyyətinin dəyişməsinə gətirib çıxara bilər. Bu baxımdan məncə, burada bu qədər böyük məsuliyyətsizliyin altında klubun qalması, onun azarkeşlərinin məyus olması yolverilməz bir haldır”.

 

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
1
10
musavat.com

10Mənbələr