UEFA “Turan Tovuz” klubunu 2026/2027-ci illər mövsümündə avrokuboklarda iştirakdan kənarlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq. Toyuqlu pizza
Əlavə olaraq bildiririk ki, UEFA Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq”, - “Turan Tovuz” klubunun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar “Turan Tovuz”un 7 futbolçusunun futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Telegram kanalımız