Milli.az saytına istinadən ain.az xəbər verir.
2025/2026-cı illər mövsümünü bütün idman prinsiplərinə əməl edərək 3-cü pillədə başa vuran və Konfrans Liqasında iştirak hüququ qazanan "Turan Tovuz" UEFA İntizam Komitəsinin qərarı ilə 2026/2027-ci illər mövsümündə UEFA-nın idman yarışlarından kənarlaşdırılıb.
Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, UEFA İntizam Komitəsi klubun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb və AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürərək bu qərarı qəbul edib.
Qeyd olunub ki, AFFA İntizam Komitəsi tərəfindən 2019/2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandanın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərə qadağa qoyulmuşdu.
Klub bildirib ki, qərarın dəyişdirilməsi və idman prinsipləri əsasında qazanılmış Konfrans Liqası vəsiqəsinin qorunması məqsədilə bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.
"Turan Tovuz" əlavə edib ki, Konfrans Liqasına hazırlıq planlarında hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri bir araya gələcək və Türkiyədə təlim-məşq toplanışına yollanacaq.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.