AZ

Bilal İsmayılov “Şamaxı”ya lazım olmadı – ARENA.AZ

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Bilal İsmayılov ilə də vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bilal İsmayılov 2025-ci ilin avqust ayından formasını geyindiyi “Şamaxı”da cəmi 6 oyun keçirib. Hücumameyilli yarımmüdafiəçi bu görüşlərdə məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Gənc futbolçu əvvəllər “Qəbələ” və “Cəbrayıl”da da oynayıb.

“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli, Nihat Mehralıyev və Səlim Həşimovla da vidalaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
17
3
arena.az

10Mənbələr