AZ

Mesut Özil Azərbaycan futbolundan danışdı

Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi start götürüb. Tədbirdə iştirak etmək üçün Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya səfər edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, tanınmış sabiq futbolçu Mesut Özil forum çərçivəsində Oxu.az-a müsahibə verib. Metbuat.az xəbər verir ki, o, Azərbaycan-Türkiyə münasibətləri, Bakı Enerji Həftəsinin əhəmiyyəti, eləcə də idman və ictimai fəaliyyətlə bağlı fikirlərini bölüşüb.- Mesut bəy, 31-ci Bakı Enerji Forumunda iştirakınızla bağlı təəssüratınız necədir? Bakı Enerji Həftəsini necə qiymətləndirirsiniz?- Mənim Azərbaycana ilk səfərim deyil. Bundan əvvəl də bir neçə dəfə Bakıda olmuşam. Lakin Bakı Enerji Həftəsinə ilk dəfədir qatılıram. Cənab nazirimiz bizi də dəvət etdi və foruma qatıldıq. Tədbir isə çox müsbət keçir. Azərbaycan üçün də çox mühüm razılaşmalar əldə edilib. Burada olduğum üçün də özümü xoşbəxt hiss edirəm.- Hazırda siyasətlə məşğulsunuz. Sizin aspektinizdən baxdıqda, Azərbaycan və Türkiyə arasındakı münasibətləri necə dəyərləndirirsiniz?- Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İki ölkə hər zaman bir-birinə dəstək olub, həmrəylik nümayiş etdirib. Bunu hər iki ölkənin prezidentləri də davamlı olaraq dilə gətirirlər. Bu baxımdan, burada olduğum üçün sevinirəm və çox gözəl bir gün keçiririk.- Bəs, Azərbaycan futbolunu necə, yenə də izləyirsiniz?- Bəli, izləyirəm. Ələlxüsus da "Qarabağ" futbol klubu günbəgün inkişaf edir. Komanda Çempionlar Liqasında xüsusilə çox yaxşı mövsüm keçirdi. Böyük bir sürpriz oldu. "Qarabağ"a uğurlar arzu edirəm. Azərbaycanda çox istedadlı gənclər var, inşallah onları daha böyük səhnələrdə görərik.- Bir neçə gündən sonra DÇ-2026 start götürür. Türkiyə millisindən gözləntiləriniz nələrdir?

- Dünya çempionatında təbii ki, ürəyimiz Türkiyə ilə döyünəcək. Səbirsizliklə yarışların başlamasını gözləyirik. Türkiyə çempionatda iştirak edirsə, təbii ki, finala qədər gedib çıxa bilər. Çünki çox istedadlı oyunçularımız var və baş məşqçimiz uğurlu milli komanda formalaşdırıb. Niyə də uğurlu olmayaq?

Seçilən
22
3
metbuat.az

10Mənbələr