AZ

Mesut Özil: ""Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı" – VİDEO

"Qarabağ" UEFA Çempionlar Liqasında çox gözəl oynayıb.

Bizim.Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında 31-ci Bakı Enerji Forumu çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Almaniya millisinin sabiq futbolçusu Mesut Özil deyib.

O, DÇ-2026-dakı favoritini də açıqlayıb:
 

"Qarabağ"ı seyr etdim. UEFA Çempionlar Liqasında çox gözəl oynadılar. Yaxşı komanda qurublar. Onlara uğurlar diləyirəm. Dünya çempionatındakı favoritim isə Türkiyədir".


Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da 48 komanda çıxış edəcək.


Bizim.Media

Seçilən
31
6
bizim.media

10Mənbələr