Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qarabağ" UEFA Çempionlar Liqasında çox gözəl oynayıb.
Bakupost.az xəbər verir ki, bunu Report-a açıqlamasında 31-ci Bakı Enerji Forumu çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Almaniya millisinin sabiq futbolçusu Məsud Özil deyib.
O, DÇ-2026-dakı favoritini də açıqlayıb:
"Qarabağ"ı seyr etdim. UEFA Çempionlar Liqasında çox gözəl oynadılar. Yaxşı komanda qurublar. Onlara uğurlar diləyirəm. Dünya çempionatındakı favoritim isə Türkiyədir".
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da 48 komanda çıxış edəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.