AZ

Fransalı azarkeşlərin iğtişaşları genişlənir: Yüzlərlə şəxs saxlanılıb

PSJ-nin Çempionlar Liqasının finalındakı qələbəsindən sonra Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, əvvəlki məlumatlarda 320 nəfərin saxlanıldığı bildirilirdi.

Bunlardan 235-i Parisdə olub. Dörd nəfər yaralanıb: biri bıçaqlanıb, biri Sena çayına düşüb, ikisi isə skuteri beton maneəyə çırpıb.

BFMTV-nin məlumatına görə, 2216 yoxlamaya əsasən Fransa jandarmeriyası 89 nəfərə cərimə tətbiq edib. Azarkeşlərdən 24 alov və təxminən 100 ədəd pirotexnika müsadirə edilib. Paytaxtın Parc des Princes stadionunun yerləşdiyi 16-cı rayonda bir çörək sexi və bir restoran dağıdılıb. Şanzelize küçələrində altı maşın və bir qəzet köşkü yandırılıb.

"Le Figaro" qəzeti xəbər verir ki, polis stadionun yaxınlığında minə yaxın insanı saxlayır, xuliqanlar isə icarəyə götürülmüş velosipedlərdən istifadə edərək barrikadalar qururlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları göz yaşartıcı qazdan istifadə edirlər.

"Le Figaro" qəzeti yazır ki, Fransadakı iğtişaşlar zamanı ən azı 12 nəfər yaralanıb, onlardan üçü ağır vəziyyətdədir.

Qəzetin məlumatına görə, UEFA Çempionlar Liqasının finalında Paris Saint-Germain komandasının qələbəsindən sonra başlayan iğtişaşlarda səkkiz polis əməkdaşı da daxil olmaqla ən azı 12 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Musavat.com

Seçilən
3
8
musavat.com

10Mənbələr