AZ

PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb

Fransanın paytaxtı Paris və digər şəhərlərində UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsini qeyd edən azarkeşlərlə polis arasında qarşıdurmalar baş verib.

Far.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunez bildirib.

Nazir bildirib ki, iğtişaşlar zamanı 7 polis əməkdaşı da müxtəlif dərəcəli xəsarətlər alıb.

"Hadisələr nəticəsində ölkə üzrə saxlanılanların sayı 416 nəfərə çatıb",-deyə Loran Nunez əlavə edib.

Qeyd edək ki, toqquşmalar xüsusilə PSJ-nin ev arenası olan "Park de Prens" stadionunun ətrafında qeydə alınıb. Azarkeşlər polis əməkdaşlarına daş, şüşə qablar və fişənglər atıblar. Hüquq-mühafizə orqanları isə vəziyyətə nəzarət etmək üçün gözyaşardıcı qazdan istifadə edib.

Seçilən
36
8
far.az

10Mənbələr