AZ

“Le Fiqaro”: Fransada baş verən iğtişaşlar zamanı 326 nəfər saxlanılıb YENİLƏNİB

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Fransa polisi Çempionlar Liqasının finalında PSJ komandasının qələbəsindən sonra bir neçə şəhəri bürüyən iğtişaşlar zamanı 326 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, paytaxt Paris də daxil olmaqla, bəzi şəhərlərdə qələbənin qeyd edilməsi iğtişaşlarla müşayiət olunub, bu da hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsini zəruri edib.

00:42

Minlərlə Paris Sen-Jermen (PSJ) azarkeşi futbol klubunun Çempionlar Liqasındakı qələbəsini qeyd etmək üçün Fransanın paytaxtındakı Şanzelize meydanına axışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilib ki, azarkeşlər məşəl yandırıb və klubun bayraqlarını dalğalandırıblar. Bəzi azarkeşlər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar və daşlar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. Bəzi məlumatlara görə, saxlanılanlar var.

Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.

Həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib. PSJ Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
8
azertag.az

10Mənbələr