AZ

UEFA Super Kuboku uğrunda oyunda onlar qarşılaşacaqlar – ARENA.AZ

2026-cı ildə futbol üzrə UEFA Super Kuboku oyunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandaları üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, UEFA Super Kuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaqlar.

Söhbət Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarından gedir.

PSJ Super Kuboka Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris təmsilçisi ötən gecə baş tutmuş final qarşılaşmasında İngiltərənin “Arsenal” komandasını məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatmış görüşdə PSJ penaltilər seriyasında 4:3 hesabı ilə üstün olub.

“Aston Villa” isə Avropa Liqasının finalında Almaniyanın “Frayburq” komandasını 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, PSJ ilə “Aston Villa” arasında baş tutacaq super kubok oyunu avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
30
6
arena.az

10Mənbələr