İsveç yığmasının və “Bolonya”nın müdafiəçisi Emil Holm zədə səbəbindən bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Əzələsindən xəsarət alan futbolçunun bərpası üçün bir neçə həftə lazım olacaq. İsveç millisinin iştirak ərizəsində onu “Dallas”ın oyunçusu Herman Yuhansson əvəz edəcək.
Bu ilin fevral ayından icarə əsasında “Yuventus”da çıxış edən Emil Holm geridə qalmış 2025/2026-cı illər mövsümündə 27 matça çıxaraq 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onu əvəzləyən Yuhansson isə MLS-in cari mövsümündə 14 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında İsveç millisi F qrupunda Niderland, Yaponiya və Tunis yığmaları ilə mübarizə aparacaq.
