AZ

Rəvan Mirzəmmədovu U-21-də Nurəziz Əzizov əvəzlədi – ARENA.AZ

“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) heyətindən çıxarılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gəlmiş U-21 millimiz bu gündən iyunun 10-na qədər Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn yığması ilə sınaq matçına çıxacaq. İyunun 9-da isə yığmamızı Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoxlama oyunu gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
50
4
arena.az

10Mənbələr