AZ

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb -VİDEO

Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

 

PUA-nın sərhədi Ukrayna ərazisindən keçdiyi bildirilir. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.

 



Seçilən
0
5
senzor.az

6Mənbələr