AZ

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı - xəsarət alanlar var

Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

 

PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.

Tarix: 29 May 2026, 09:57   
Seçilən
2
5
pravda.az

6Mənbələr